Modern.az

DİN xüsusi karantin rejimi barədə sualları cavablandırıb

DİN xüsusi karantin rejimi barədə sualları cavablandırıb

Aktual

23 Mart 2020, 21:13

DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov xüsusi karantin rejimi tətbiq olunduqdan sonra Daxili İşlər Nazirliyinə KİV və ictimaiyyət nümayəndələrindən gələn sualları cavablandırıb.

 

Modern.az sual-cavabı təqdim edir:

 

Sual: Dünyada koronavirus pandemiyasının geniş yayıldığını nəzərə alaraq, koronavirus infeksiyasının ölkəmizdə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması, əhalinin sağlamlığının qorunması məqsədilə martın 24-də saat 00:00-dan etibarən ölkə ərazisində xüsusi karantin rejimi elan edilib. Bəs bundan sonra vətəndaşlarımızın ölkə ərazisindəki hərəkəti necə tənzimlənəcək?

 

Sual: Bəs bugünə qədər respublikanın digər şəhər və rayonlarına getmiş və hazırda da orada olan Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olanlar geri qayıda biləcəklərmi?

Cavab: Bəli, onların Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna qayıtmalarına icazə verilir, lakin onlar xüsusi karantin rejimi müddətində respublikanın digər şəhər və rayonlarına buraxılmayacaqlar.

Sual: Əvvəlcədən Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna gəlmiş respublikanın digər şəhər və rayon qeydiyyatında olan nəqliyyat vasitələrinin və vətəndaşların aqibəti necə olacaq?

Cavab:  Onların qeydiyyatda olduqları şəhər və rayonlara  çıxışlarına məhdudiyyət tətbiq edilmir. Lakin onlar Bakı, Sumqayıt şəhərlərini və Abşeron rayonunu tərk etdikdən sonra xüsusi karantin rejimi müddətində geri qayıda bilməyəcəklər. 

Sonda onu da qeyd edim ki, həyata keçirilən bütün tədbirlər vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. İnanırıq ki, vətəndaşlarımız xüsusi karantin rejimin bütün tələblərinə, o cümlədən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərərgahın tətbiq etdiyi sosial izolyasiya tədbirlərinə ciddi riayət edəcək, verilən tövsiyə və qərarları anlayışla qarşılayacaqlar.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et