Modern.az

Gürcüstanda 91 nəfər koronavirusa yoluxub

Gürcüstanda 91 nəfər koronavirusa yoluxub

Aktual

30 Mart 2020, 00:44

Gürcüstanda koronavirusa yoluxanların sayı artıb. 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, indiyədək Gürcüstanda  91 nəfər koronavirusa yoluxub.

Məlumata görə, koronavirusa yoluxanlardan 18-i sağalıb. Hazırda 4717 nəfər karantində saxlanılır, 268 nəfər isə nəzarət altındadır”.

Yoluxanların arasında uşaqlar, hamilə qadın və Milli Qvardiyanın mülki ofisinin əməkdaşları da var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var