Avropa Birliyi (AB) Şurası Əsəd rejimi və tərəfdarlarına qarşı sanksiyaların müddətini 1 iyun 2021-ci ilə kimi uzadıb.
Modern.az xəbər verir ki, artıq sanksiyalar siyahısına daxil olanların sayı 273 nəfərə çatıb.
Bildirilir ki, sanksiya tətbiq olunmuş şəxslərə səyahət qadağası qoyulub. Həmçinin, onların AB-dəki hesabları dondurulub.
Qeyd edək ki, AB Suriyada 70 quruma da sanksiya tətbiq edib.