AZAL tərəfindən biletinin pulunu geri almaq istəyən sərnişinlər qarşısında bütün öhdəliklər həyata keçiriləcək.
Modern.az-ın məlumatına görə, bunu "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti Eldar Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
O qeyd edib ki, bu, uçuşlar bərpa edildikdən 60 gün sonra mümkün olacaq.
E.Hacıyev həmçinin əlavə edib ki, biletinin vaxtını dəyişdirmək istəyənlərə vauçerlər təqdim ediləcək.
Vitse-prezidentin sözlərinə görə, hazırda sərnişinlərin əlində 178 min 691 bilet var.
E.Hacıyev qeyd edib ki, vətəndaşlar əsasən gözləmə mövqeyindədirlər:
"Onlar AZAL-ın uçuşları bərpa etməsini gözləyirlər".