Modern.az

Həftəsonu qapanmanın nəticəsi 10 gün sonra bilinəcək - Yaqut Qarayeva

Həftəsonu qapanmanın nəticəsi 10 gün sonra bilinəcək - Yaqut Qarayeva

Aktual

11 İyun 2020, 18:00

Ötən həftə sonu tətbiq edilən qapanmanın nəticəsini ən azı 10 gün sonra görə biləcəyik.

 

Modern.az-ın məlumatına görə, bunu "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin" (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

 

O qeyd edib ki, gündəlik olaraq yoluxmalar barədə məlumatlar ictimaiyyətə açıqlanır:

 

"Biz bu təcrübəni xarici ölkələrin təcrübələrinə əsasən tətbiq edirik. Türkiyədə bu qaydanın tətbiqindən sonra yoluxanların sayında 10 faiz azalma müşahidə edilib. Ümid edirik ki, bizdə də açıqlanacaq rəqəmlər ürəkaçan olacaq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et