Beynəlxalq uçuşlar bərpa olunandan sonra qiymətlər müəyyən ediləcək.
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqdə "Azərbaycan Hava Yolları"Qapalı Səhmdar Cəmiyyətinin vitse-prezidenti Eldar Hacıyev deyib.
Onun sözlərinə görə, öncə uçuşlar başlanmalıdır:
"Hazırda yeni qiymətlər barədə müzakirələr aparılmayıb. Uçuşlar başlayandan sonra vəziyyət müzakirə olunacaq. Çünki, uçuş zamanı yerlər məhdud olacaq, sərnişinlərə qoruyucu avadanlıqlar paylanacaq".
E.Hacıyev qeyd edib ki, bu xərclər isə şirkətin üzərinə düşəcək: "Ona görə də AZAL hələ ki uçuşların qiymətinin bahalaşdırması barədə düşünməyib".