Modern.az

Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti uzadıldı

Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti uzadıldı

Aktual

11 İyun 2020, 20:26

Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti uzadıldı.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Ermənistan Nazirlər Kabineti sabahkı növbədənkənar iclasında COVID-19-a qarşı mübarizə tədbirləri çərçivəsində tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddətini daha bir ay uzadacaq.

Baş nazir Nikol Paşinyan bildirib ki, fövqəladə vəziyyəti zəruri edən səbəblər hələ də aradan qaldırılmayıb.

Qeyd edək ki, Ermənistanda koronavirusa qarşı mübarizə məqsədilə 16 mart-13 iyun tarixlərini əhatə edən fövqəladə vəziyyət elan edilmişdi. İndiyədək bu ölkədə koronavirusa 14 669 yoluxma halı qeydə alınıb, 245 nəfər ölüb, 5 466 nəfər sağalıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et