Modern.az

Torpaq yolla rayona gedən 1000 sürücü cərimələndi - 3 nəfər həbs edildi

Torpaq yolla rayona gedən 1000 sürücü cərimələndi - 3 nəfər həbs edildi

Aktual

19 İyun 2020, 17:11

Ötən həftə tətbiq edilən sərt karantin günlərinə görə torpaq yollarla Bakıdan rayona, rayondan Bakıya gedib-gələn sürücülər cərimələnib.

 

Modern.az-ın məlumatlna görə, bunu Baş Dövlət Yol Poliso İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polis polkovniki Kamran Əliyev deyib.

 

Onun sözlərinə görə, həmin ərazidən gizli yolla rayonlara gedən 1000-ə yaxın sürücü məsuliyyətə cəlb olunub: "Bu şəxslər Bakı, Sumqayıt və Abşeron qeydiyyatında olan və rayonlara getmək icazəsi olmayanlardır. İcazəsi olan və sıxlığa görə torpaq yolla rayona gedib-gələnlər isə məsuliyyətə cəlb olunmayacaqlar".

 

K.Əliyev qeyd edib ki, həmçinin torpaq yolla rayona getmək istəyərkən əmrə tabe olmayıb polisə müqavimət göstərən 3 sürücü barəsində inzibati həbs qərarı çıxarılıb.

Whatsapp
Bizə yazın!
Keçid et