Modern.az

İsa Qəmbər İlham Əliyevə müraciət etdi

İsa Qəmbər İlham Əliyevə müraciət etdi

Aktual

23 May 2012, 14:55

Müsavat başqanı İsa Qəmbər İctimai Palatanın bu gün keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib. İ.Qəmbər prezidentə müraciət edərək bildirib ki, hazırda həbsdə olan vicdan məhbusları azadlığa buraxılaraq onlara “Eurovision”da iştirak etmək üçün bilet verilsin. Müsavat başqanı son zamanlar müxalifət qüvvələrinin keçirdiyi mitinqlərə toxunaraq qeyd edib ki, İctimai Palata nümayəndələri sabah saat 13:00-da İctimai televiziyanın qarşısında aksiya keçirəcəklər.

Qeyd edək ki, konfransda yerli KİV nümayəndələri ilə yanaşı  “Eurovision” müsabiqəsi ilə bağlı ölkəmizə gələn bir çox xarici media mənsubları da iştirak ediblər.

Anar RÜSTƏMOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok