Modern.az

Britaniyada koronavirusdan ölənlərin sayı yenidən artır - SƏBƏB

 Britaniyada koronavirusdan ölənlərin sayı yenidən artır - SƏBƏB

Aktual

27 İyun 2020, 21:36

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı yenidən artıb.

 

Modern.az xəbər verir ki, son 24 saat ərzində ölkədə COVİD-19-dan 186 nəfər həyatını itirib.

Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 43 514-ə çatıb.

Ölkədə son sutkada 890 yeni yoluxma qeydə alınıb ki, bununla da Britaniyada indiyədək koronavirusa yoluxanların ümumi sayı 310 250-yə çatıb.

 

Qeyd edək ki, son günlərdə ölüm hallarında azalma müşahidə olunsa da, yenidən artım baş verib.

Mütəxəssislər bunun əsas səbəbinin havanın temperaturunun yüksəlməsindən sonra insanların kütləvi şəkildə çimərliklərə axın etməsi olduğunu bildirirlər.

Səhiyyə naziri Mat Hankok ölüm hallarında artım davam edərsə, çimərliklərin bağlana biləcəyini deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et