Modern.az

Türkiyədə son sutkada 14 nəfər koronavirusdan öldü

Türkiyədə son sutkada 14 nəfər koronavirusdan öldü

Aktual

10 Avqust 2020, 22:43

Türkiyədə son sutka ərzində daha 14 nəfər koronavirusdan ölüb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

 

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 858 nəfərə çatıb:

"Bu gün ölkədə koronavirus testindən keçən 62 219 nəfərdən 1 193-nün cavabı pozitiv çıxıb.

Bununla da yoluxanların ümumi sayı 241 997  nəfərə çatıb. Müalicə olunan  1 211 xəstə isə bu gün evə buraxılıb".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok