Modern.az

Çempionlar Liqası: PSJ növbəti mərhələyə keçdi

Çempionlar Liqası: PSJ növbəti mərhələyə keçdi

13 Avqust 2020, 08:50

Fransanın "Pari Sen-Jermen" futbol klubu Çempionlar Liqasının dörddəbir finalında İtaliyanın "Atalanta" komandasını 2-1 məğlub edib. Modern.az-ın məlumatına görə, qaliblərin heyətində qolları Markinyos (90-cı dəqiqə) və Erik Şupo-Motinq (90 +3) vurublar.

 

Qarşı tərəfdən yeganə qolu Mario Paşalış vurub (27-ci dəqiqə). Beləliklə, PSJ Çempionlar Liqasının ilk yarımfinalçısı olub.

 

Digər dörddəbir final matçlarında Almaniyanın "Leyptsiq" və İspaniyanın "Atletiko", İspaniyanın "Barselona" və Almaniyanın "Bavariya" komandaları, həmçinin İngiltərənin "Mançester Siti" və Fransanın "Lion" klubları oynayacaqlar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok