Modern.az

Magistral yollarda sürət həddi endirildi

Magistral yollarda sürət həddi endirildi

Aktual

17 Avqust 2020, 09:00

Yağışlı hava şəraiti ilə əlaqədar H.Əliyev prospekti-Hava limanı-Mərdəkan və Zığ-Beton yolu-Hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib.

 

Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

 

“Məqsəd yağışlı havada yol hərəkəti təhlükəsizliyinin təmin olunmasıdır. Bir daha bütün sürücülərə diqqətli olmağı, yağışlı hava şəraitini nəzərə almalarını və sürət həddini aşmamağı tövsiyə edirik”, - deyə məlumatda qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et