Modern.az

Bakı sakini Cəlilabadda silahla saxlanıldı

Bakı sakini Cəlilabadda silahla saxlanıldı

Aktual

17 Avqust 2020, 10:30

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

 

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbiri nəticəsində üzərində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən Bakı şəhər sakini Orxan Hacızadə Bakı-Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində saxlanılıb.

 

Keçirilən şəxsi axtarış zamanı O.Hacızadənin əlindəki çantadan "Parabellum" markalı tapança, həmin silaha aid 1 ədəd sandıqça və 9 ədəd patron aşkar olunaraq götürülüb.

 

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et