Rəsmi Minsk Belarusun Polşa və Litva ilə sərhədlərində genişmiqyaslı hərbi təlimlər keçirəcəyini söyləyib. Xüsusilə, mübahisəli prezident seçkiləri fonunda hərbi təlimlərin keçirilməsi ictimaiyyət tərəfindən təsadüf kimi qarşılanmayıb.
Modern.az RT.com-a istinadən bildirir ki, ölkənin müdafiə naziri bazar günü açıqlamasında artilleriya və raket qoşunlarının da cəlb edilməsi planlaşdırılan təlimlər avqustun 17-dən 20-dək ölkənin qərbindəki Qrodno şəhərində keçiriləcəyini bildirib. Təlimin keçiriləcəyi ərazi Astravyets şəhərinin yaxınlığında yerləşir və ölkənin Rusiya ilə əməkdaşlıqda inşa edilən yeni nüvə elektrik stansiyasının yaxınlığında yerləşir. Eyni zaman kəsiyində ayrı-ayrı yerlərdə keçirilən təlimlərdə hava qüvvələri ilə yanaşı tank bölmələri də iştirak edəcək.
Mona ZADƏ