Bazar günü İspaniyanın paytaxtına toplaşan əhali maskadan istifadəyə qarşı etiraz səsləndiriblər.
Modern.az BBC.com-a istinadən qeyd edir ki, etirazçi kütlə Madridin mərkəzində koronavirusdan qorunmaq üçün məcburi qaydalara qarşı şüarlar səsləndirib. Üz maskalarının məcburi istifadəsi əvvəlcə may ayında sadəcə ictimai nəqliyyatdan istifadə edənlər üçün tətbiq edilsə də, daha sonra daha məcburi hal almağa başlayıb. Etirazlar hökumətin yeni məhdudiyyətlər qoymasınadan, o cümlədən ictimai yerlərdə siqaretin qadağan etməsindən iki gün sonra başlayıb.
İspaniya, iyunun sonlarında üç aylıq karantin rejimini ləğv etdikdən sonra yoluxanların sayında yenidən artım qeyd alınıb. Ölkə üzrə ölənlərin sayı 28,600 nəfərdən çoxdur.
Mona ZADƏ