Modern.az

Azərbaycanda bu il baş verən zəlzələlərin sayı AÇIQLANDI

Azərbaycanda bu il baş verən zəlzələlərin sayı AÇIQLANDI

Aktual

17 Avqust 2020, 15:12

Bu il Azərbaycanda nə qədər zəlzələ olduğu açıqlanıb.

 

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Modern.az-a verilən məlumata görə, ilin ötən müddətində 5303 (uzaq, regional və Azərbaycan) zəlzələ qeydə alınıb.

 

Həmin zəlzələdən 2029-u yerli, 2134-ü isə regional zəlzələlər olub. 1140 isə uzaq zəlzələlərdir.

 

Qeyd olunub ki, ilin birinci yarısında Azərbaycan və ona bitişik ərazilərdə maqnitudası 3-dən yuxarı olan (ml>3) 47 zəlzələ qeydə alınıb ki, onlardan da 11-i hiss edilən zəlzələlərdir.

 

Bildirildiyinə görə, Azəbaycan seysimik bölgə olduğundan həm şimalda, şimal-qərbdə, Xəzər dənizində və cənubda aktiv yerlər var. Həmin ərazilərdə davamlı proseslər gedir. Zəif təkanlar qeydə alınır və bununla da enerji boşalması baş verir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et