Modern.az

Deputat seçicilərin problemləri ilə bağlı adiyyati qrumlara müraciət etdi

Deputat seçicilərin problemləri ilə bağlı adiyyati qrumlara müraciət etdi

Aktual

17 Avqust 2020, 16:38

44 saylı Sumqayıt - Xızı seçki dairəsinin ərazisinə daxil olan Yaşma bağları uzun illərdir ki, su və digər problemlərlə üzləşib.

 

Bunu Modern.az-a Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

 

M.Məmmədli bildirib ki, deputat seçildiyi gündən bu yana sözügedən ərazinin problemlərini araşdırır, diqqətdə saxlayır:

 

"Əhalini ən çox narahat edən iki məsələ su və nəqliyyat problemi daim dilə gətirilib, bu haqda dəfələrlə şifahi müraciətlər olub. Millət vəkili olaraq öz növbəmdə mütəmadi olaraq aidiyyəti qurumlarla əlaqə saxlayıb problemləri nəzərlərinə çatdırmışam. Qısa müddət ərzində Yaşma bağ sakinlərini, o cümlədən məni sevindirəcək addım atılıb. Belə ki, həmin əraziyə işləyən 3 saylı marşurutun qət etməli olduğu yol 4 km artırılmış, bu da sakinləri narahat edən məsələnin aradan qalxmasına mühüm töhvə olmuşdur. Eyni zamanda bildirmək istərdim ki, yaxın zamanlarda 26 saylı marşurutun da bərpa ediləcəyi haqda bizə məlumat verilmişdir. Sakinləri narahat edən digər məsələ isə suvarma üçün nəzərdə tutulan suyun təzyiqinin aşağı olması, bəzi yerlərdə isə gün ərzində çox cüzi az vaxtla verilməsi idi. Təbii ki, haqlı narazılığı nəzərə alaraq Melorasiya və Su Təsərrüfatı ASC-yə rəsmi məktub göndərdik. Eyni zamanda İnsanların içməli su ilə təmin olunması üçün Azərsu ASC-yə də rəsmi müraciət etdik. Artıq ilkin nəticələr var. Belə ki, suvarma üçün verilən suyun təzyiqi normallaşıb, insanlar texniki sudan normal istifadə edə bilirlər. Bununla yanaşı içməli su problemi açıq qalıb. Məsələni diqqətdə saxlayacağıq. Ümid edirik ki, ölkə rəhbəri cənab prezidentimizin də diqqətində olan su problemi tez bir zamanda Yaşma bağlarında da öz həllini tapacaq". 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et