Modern.az

Elxan Şükürlü Ədalət Partiyasında sədr müavini təyin edildi

Elxan Şükürlü Ədalət Partiyasında sədr müavini təyin edildi

Aktual

17 Avqust 2020, 17:44

"Strateq.az" saytının baş redaktoru Elxan Şükürlü Ədalət Partiyasının Siyasi Şurasının üzvü və partiya sədrinin siyasi məsələlər üzrə müavini vəzifəsinə təyin edilib.

 

Modern.az-ın məlumatına görə, bu haqda Ədalət Partiyasının sədri İlyas İsmayılov sərəncam imzalayıb.

 

Xatırladaq ki, E.Şükürlü Ədalət Partiyasının qurucularından biri olub, 2000-2011-ci illərdə partiya sədrinin mətbuat və informasiya məsələləri üzrə müavini vəzifəsini tutub. 2011-ci ildə partiya sıralarından istefa verib, yenidən jurnalistlik fəaliyyəti ilə məşğul olub. 2015-ci ildən "Strateq.az" analitik-internet qəzetinin təsisçisi və baş redaktorudur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et