Modern.az

UEFA koronavirusa görə Azərbaycanlı hakimin təyinatını ləğv etdi

UEFA koronavirusa görə Azərbaycanlı hakimin təyinatını ləğv etdi

Aktual

17 Avqust 2020, 17:50

Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar birbaşa və uyğun tranzit təyyarə reyslərinin olmaması səbəbindən beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyevin təyinatı UEFA tərəfindən ləğv edilib.

 

Modern.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

 

Xatırladaq ki, Asim Xusiyev UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində avqustun 19-da Tiflisdə keçiriləcək “Dinamo” (Tiflis, Gürcüstan) – “Tirana” (Albaniya) oyununa hakim-inspektor kimi təyinat almışdı.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et