Modern.az

Daşqınlar 868 nəfərin həyatına son qoydu

Daşqınlar 868 nəfərin həyatına son qoydu

Aktual

17 Avqust 2020, 23:34

Hindistanda mussonların yaratdığı daşqınlar bu il azı 868 nəfərin ölümünə səbəb olub.

Modern.az xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin fəlakətlərə qarşı mübarizə bölməsinin 12 avqust tarixində daşqın vəziyyətinə dair hesabatında 11 ştatda 868 adamın öldüyü bildirilib.

Yüz minlərlə insan isə sığınacaqlara köçürülüb. Məlumatda bu sayın keçən ilin eyni dövründə 908 nəfər olduğu qeyd edilib.

Qeyd edək ki, Cənubi Asiya regionunda hər il iyun-sentyabr aylarında musson yağışları böyük təbii fəlakətlərə səbəb olur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et