Modern.az

Orduya dəstək yürüşündə saxlanılanlardan biri azadlığa çıxdı 

Orduya dəstək yürüşündə saxlanılanlardan biri azadlığa çıxdı 

Aktual

19 Avqust 2020, 16:09

Bakıda iyulun 14-də orduya dəstək yürüşü ilə bağlı saxlanılan Mehdi İbrahimov azadlığa çıxıb.

 

Modern.az xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıcov özünün Facebook  səhifəsində məlumat yayıb.

 

M.İbrahimov karantin qaydalarını pozaraq COVİD-19 infeksiyasını yaymaqda ittiham olunaraq barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilmişdi.

 

Bu qərardan verilən şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb və M.İbrahimovun azadlığa buraxılmasına qərar verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?