Modern.az

Gəncədə evlərdən oğurluq edən şəxs saxlanıldı

Gəncədə evlərdən oğurluq edən şəxs saxlanıldı

Aktual

21 Avqust 2020, 11:05

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin müxtəlif vaxtlarında şəhər  ərazisində bir neçə evdən oğurluq edən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş, 41 yaşlı Rasim Quliyev 2019-cu ilin  aprel  ayının 3-də şəhər ərazisindəki evlərdən birinə gizli yolla daxil olaraq oradan 1 500 manat dəyərində televizor oğurlayıb. Bundan başqa Gəncə şəhər xəstəxanaların birindən 1 000 manat dəyərində kompyuter, 350 manat dəyərində printer və 1 790 manat dəyərində müxtəlif dərman preparatlarını oğurlayıb. Daha sonra o, ötən ilin mayın 7-də şəhər ərazisindəki mənzillərin birindən 2 300 manat dəyərində ədəd televizor oğurlayıb.

 

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində  R. Quliyevin 2019-cu ilin iyun ayında daha bir şəhər sakininə məxsus mənzilə daxil olaraq  oradan 400 manat dəyərində 1 ədəd televizor oğurlaması da aşkar edilib.

 

R.Quliyev maddi sübutlarla birlikdə istintaqa təhvil verilib. Faktlarla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et