Siyəzən şəhəri T.İsmayılov küçəsində ağacların kəsilməsi ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
Modern.az-ın məlumatına görə, xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı sözügedən ərazidə "Region M” MMC tərəfindən qazıntı işləri aparılarkən 4 ağacın qanunsuz olaraq gövdəsinin üst hissəsindən budandığı faktı aşkar edilib:
“Faktla bağlı MMC-nin məsul şəxsi Musa Musayev barəsində akt, protokol tərtib olunub və o, 1600 manat məbləğində cərimələnib. Ərazidəki ağaclara qulluq olunması və zədələnməsi hallarına yol verilməməsi üçün Cəmiyyətə məcburi göstəriş verilib".