Modern.az

Yoluxmaların 50 faizindən çoxu Bakı və Abşeron yarımadasında yaşayanlardır - TƏBİB

Yoluxmaların 50 faizindən çoxu Bakı və Abşeron yarımadasında yaşayanlardır - TƏBİB

Aktual

21 Avqust 2020, 17:20

“Koronavirusa yoluxmaların 50 faizindən çoxu Bakı və Abşeron yarımadasının payına düşür”.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

 

O bildirib ki, yaş həddinə gəldikdə, ən çox yoluxmalar 50-59 yaş qrupundadır. Onun sözlərinə görə, 10-16 avqust tarixlərində yoluxmaların sayı 651 nəfər olub.

Whatsapp
Bizə yazın!
Keçid et