Modern.az

Ağsuda dağlıq ərazidə yanğın söndürüldü - YENİLƏNİB

Ağsuda dağlıq ərazidə yanğın söndürüldü - YENİLƏNİB

Aktual

21 Avqust 2020, 21:16

 

Ağsu rayonunun Ləngəbiz kəndi yaxınlığında dağlıq ərazidə 10 ha sahədə quru ot və kol-kos yanıb. Digər ərazilər yanğından mühafizə olunub. Modern.az xəbər verir ki, yanğın FHN-nin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

XXX

Ağsu rayonunda Ləngəbiz sıra dağlarının Ləngəbiz kəndi ərazisində yanğın baş verib.

Modern.az  xəbər verir ki, hadisə bu gün saat 17 radələrində Ləngəbiz kəndinin Şamaxı rayonunun Dağ Bağırlı kəndi ilə sərhəd ərazisindəki kol-kos sahəsində baş verib və qısa vaxtda təxminən 7 hektaradək əraziyə yayılıb.

Yanğının söndürülməsi üçün FHN Ağsu Yanğından Mühafizə Hissəsindən 2 yanğınsöndürən maşın və 30 nəfərdən çox canlı qüvvə cəlb olunub. Köməyə Şamaxı yanğından mühafizə hissəsindən 1 yanğınsöndürən maşın və 8 nəfər canlı qüvvə gəlib. Hazırda yanğınla mübarizə davam edir. Havanın küləkli olması yanğınsöndürənlərin işini bir qədər çətinləşdirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et