Modern.az

Rusiyada yaşayış binasında güclü partlayış: 4 ölü - YENİLƏNİB

Rusiyada yaşayış binasında güclü partlayış: 4 ölü - YENİLƏNİB

Aktual

22 Avqust 2020, 00:36

Rusiyanın Yaroslavl şəhərində yaşayış binasında baş verən partlayışda 4 nəfər ölüb

 

Modern.az  "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Regional xidmətindən bildirilib.

Batova küçəsindəki 5 nömrəli binada qaz sızması nəticəsində baş verən partlayış zamanı 4 nəfər ölüb.

Qeyd edilib ki, partlayışdan sonra yanğın baş verib. 60 nəfərdən çox sakin binadan təxliyə edilib.

 

21:04

 

Rusiyada güclü partlayış baş verib.

 

Modern.az xəbər verir ki, Rusiyanın Yaroslavl şəhərində, onmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində güclü partlayış baş verib.

Məlumata görə, binanın 3-cü və 5-ci mərtəbələri arasında dağıntılar meydana gəlib.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et