Modern.az

Aya Sofyada Əbülfəz Elçibəyin ruhuna Mövlud oxunub - FOTO

Aya Sofyada Əbülfəz Elçibəyin ruhuna Mövlud oxunub - FOTO

Aktual

22 Avqust 2020, 09:29

İstanbuldakı Aya Sofya məbədində Azərbaycanın sabiq prezidenti, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin ruhuna xatir Mövlud-i Şərif oxudulub. 

Modern.az APA-ya istinadən xəbər verir ki, ölümünün 20-ci ildönümündə anılan Ə.Elçibəyin ruhuna dualar edilib, ilahilər səsləndirilib.

Mərasim Elçibəy Vəqfi tərəfindən təşkil olunub.

 

Qeyd edək ki, Əbülfəz Elçibəyin vəfatından 20 il keçir.

O, 2000-ci il avqustun 22-də müalicə olunduğu Türkiyədəki Gülhanə Hərbi Tibb Akademiyasında vəfat edib.

 

Ə.Elçibəy Bakıya gətirilərək Fəxri xiyabanda dəfn edilib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et