Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində 2 “Mercedes” toqquşub.
Modern.az APA-ya istinadən məlumat verir ki, qəza nəticəsində 5 nəfər yaralanıb. Yaralıların hamısı Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 3-nün vəziyyəti ağırdır.