Türkiyədə son sutka ərzində daha 22 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 6 112 nəfərə çatıb:
"Bu gün ölkədə koronavirus testindən keçib, onlardan 1 309-nun cavabı pozitiv çıxıb.
Müalicə olunan 801 xəstə isə bu gün evə buraxılıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 236 370 nəfər təşkil edir".