“ Hər bir vətəndaş qanunlara ciddi əməl etməlidir”
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov son günlərdə karantin qaydalarını pozaraq toy mərasinin keçirilməsinə etirazını bildirib və hər bir vətəndaşın qanunlara əməl etməsinin vacib olduğunu qeyd edib:
"Koronavirus infeksiyası ilə mübarizədə tutduğu mövqedən, vəzifəsindən və səlahiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi tələblərə ciddi əməl etməlidir. Koronavirus pandemiyasına qarşı ölkəmizdə də çox ciddi mübarizə aparılır və bu mübarizə istiqamətində kütləvi tədbirlərin keçirilməsi yolverilməzdir. Karantin tədbirlərinin pozulmasına görə hüquqi məsuliyyəti vəzifəsindən, səlahiyyətindən asılı olmaraq, hər kəs bilməlidir. Hər kəs buna riayət etməlidir. Əgər kimsə bu qaydaları pozarsa, qanun qarşısında cavab verməlidir. Bu infeksiyaya qalib gəlmək üçün həmrəy olaraq, hər bir kəsin karantin qaydalarına ciddi əməl etməsi lazımdır".