Modern.az

Reanimasiyadakı koronavirus xəstələrinin sayı AÇIQLANDI

Reanimasiyadakı koronavirus xəstələrinin sayı AÇIQLANDI

Aktual

25 Avqust 2020, 16:54

Hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 1848-dir.

 

TƏBİB-dən Modern.az-a verilən məlumata görə, reanimasiyada olan xəstələrin sayı 161, süni tənəffüs cihazında olan xəstələrin sayı isə 20-dir.

 

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 133 yeni yoluxma faktı qeydə alınıb, 86 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 35 559 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 190 nəfər müalicə olunaraq sağalıb, 521 nəfər vəfat edib, aktiv xəstə sayı 1 848 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 612, ötən müddət ərzində isə ümumilikdə 885 279 test aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et