Modern.az

Nazirlikdən yolu bağlayan qadınlarla bağlı AÇIQLAMA

Nazirlikdən yolu bağlayan qadınlarla bağlı AÇIQLAMA

Aktual

27 Avqust 2020, 10:10

Daxili İşlər Nazirliyi (DİN) paytaxt ərazisində bir qrup qadının yolu bağlamağa cəhd etməsi ilə bağlı yayılan görüntülərə açıqlama verib.

 

DİN-in Mətbuat Xidmətindən Modern.az-a  verilən məlumata görə, avqustun 26-da Yasamal rayonu ərazisində hərəkətin intensiv olduğu prospektlərin birində bri qrup qadın avtomobil yoluna çıxaraq təhlükəli vəziyyət yaradıblar.

 

Bildirilib ki, ərazidə xidmət edən polis əməkdaşları tərəfindən dərhal həmin cəhdin qarşısı alınıb:

 

“Həmin şəxslərin ərazidən uzaqlaşdırılması təmin olunub. Qeyd olunan hərəkətlərə cəhd edən şəxslərlə profilkatik söhbətlər aparılmaqla bu əməlin təhlükəli olması onların diqqətinə çatdırılıb”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et