Modern.az

Azərbaycan reytinqdə irəlilədi

Azərbaycan reytinqdə irəlilədi

Aktual

27 Avqust 2020, 10:01

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ardından reytinq cədvəlini yeniləyib.

 

Modern.az xəbər verir ki, siyahıda Azərbaycanın mövqeyində dəyişiklik olub.

 

“Qarabağ”ın Moldova təmsilçisi “Şerif”i 2:1 hesabı ilə məğlub etməsi ölkəmizin bir pillə irəliləməsinə səbəb olub.

 

Bu oyunlaradək Azərbaycan UEFA reytinqində 26-cı sırada idi. Ancaq Rumıniya klubu ÇFR-in öz meydanında Xorvatiya təmsilçisi “Dinamo” ilə 2:2 hesablı heç-heçə edərək 25-ci pilləni ölkəmizə təhvil verib.

 

Xatırladaq ki, Azərbaycanın aktivində 15, 125 xal var.

Twitter
Sizə yeni tvit var
Keçid et