Modern.az

Gömrükdən gizlədilən 3400 "Marlboro" müsadirə edildi

Gömrükdən gizlədilən 3400

Aktual

27 Avqust 2020, 11:16

Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları siqaretlərin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıb.

 

Bu barədə Modern.az-a Dövlət Gömrük Komitəsindən (DGK) bildirilib.

 

Məlumata görə, Baş İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən gələn "Volvo" markalı nəqliyyat vasitəsi saxlanılıb.

 

Gömrük yoxlaması zamanı avtomobilin yan hissələrində olan ehtiyat alətlər sandığının içərisində gömrük nəzarətindən gizlədilən 3,4 min ədəd "Marlboro" markalı siqaret aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et