Modern.az

Daş karxanasının direktoruna məcburi göstəriş verildi

Daş karxanasının direktoruna məcburi göstəriş verildi

Aktual

27 Avqust 2020, 11:46

Nardaranda fəaliyyət göstərən daş karxanasının istismarı zamanı ətrafa tozun və səs-küyün yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan çoxsaylı şikayətlər araşdırılıb.

 

Xidmətin rəis müavini Ramal Bağırov Modern.az-a bildirib ki, araşdırma zamanı sözügedən ərazidə “Nardaran Daş Karxanası LTD” MMC-nin fəaliyyəti zamanı ətrafa tozun və səs-küyün yayılması faktı təsdiqini tapıb.

 

“Ətrafa səs-küy və tozun yayılmasının qarşısının alınması məqsədilə müəssisənin direktoruna məcburi göstəriş verilib”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et