Şəki şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, avqustun 26-da saat 16 radələrində Şəki şəhərinin Ə.Haqverdiyev küçəsində yolu keçən şəhər sakini Solmaz Alxasova Q.Məcidovun idarə etdiyi “Ford” markalı mikroavtobusla vurulub.
Hadisə nəticəsində xəsarət almış piyada xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsi tərəfindən araşdırmalar davam etdirilir.