Modern.az

Xızıda dağlıq ərazidə yanğın söndürüldü

Xızıda dağlıq ərazidə yanğın söndürüldü

Aktual

27 Avqust 2020, 19:36

Xızı rayonunun Dizəvər kəndi yaxınlığında dağlıq ərazidə baş verən yanğın söndürülüb.

 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, alovun qarşısı nazirliyin müvafiq qurumları tərəfindən alınıb.

 

Xatırladaq ki, yanğınsöndürmə işlərinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin iki helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları cəlb olunub.

Whatsapp
Bizə yazın!
Keçid et