Yaponiyanın Baş naziri Şinzo Abe istefa vermək niyyətindədir.
Modern.az xəbər verir ki, bu barədə Yaponiyanın “NHK” mərkəzi dövlət-ictimai televiziya və radio şirkəti məlumat yayıb.
Qeyd edilib ki, Baş nazirin istefasına səbəb səhhəti ola bilər. Yaponiya hökumətindən bu barədə rəsmi açıqlama verilməyib.