Modern.az

Komitə 6 uşaqlı ailəni nəzarətə götürdü

Komitə 6 uşaqlı ailəni nəzarətə götürdü

Aktual

28 Avqust 2020, 12:10

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İsmayıllı rayonunun Bizlan kəndində çətin şəraitdə yaşayan 6 uşaqlı ailəni nəzarətə götürüb.

 

Qurumdan Modern.az-a verilən məlumata görə, Komitənin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinə ailənin vəziyyətinin qiymətləndirilərək problemlərinin həlli istiqamətində aidiyyəti sosial xidmətlərə yönləndirilməsi üçün müvafiq tapşırıqlar verilib.

 

Qeyd edək ki, kənd sakini Reyhan Əliyeva BBC News Azərbaycancaya müsahibəsində ailəsinin çətin vəziyyətdə olduğunu, uşaqların gün ərzində yeməyə heç nə tapmadığını bildirmişdi 6 uşaq anası yaşadıqları evin döşəməsinin torpaqdan olduğunu, uşaqların yemək və geyim çatışmazlığı yaşadığını vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et