Modern.az

Dövlət Komitəsi azyaşlı qızın qaçırılmasını araşdırır

Dövlət Komitəsi azyaşlı qızın qaçırılmasını araşdırır

Aktual

28 Avqust 2020, 16:46

28.08.2020-ci il tarixdə kütləvi informasiya vasitələrində Bərdə rayonunda 17 yaşlı qızın 2 dəfə ailə həyatı qurmuş şəxs tərəfindən qaçırıldığı ilə bağlı məlumatlar yayılıb.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, məsələ operativ olaraq nəzarətə götürülüb.

 

Məsələnin araşdırılması üçün Bərdə rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupuna müraciət edilib. Monitorinqin nəticəsinə uyğun olaraq adiyyəti üzrə müvafiq tədbirlər görüləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et