Modern.az

Ağcabədidə bir neçə evdə yanğın olub

Ağcabədidə bir neçə evdə yanğın olub

Aktual

28 Avqust 2020, 22:27

Ağcabədidə bir neçə evdə yanğın olub.

Modern.az xəbər verir ki, Ağcabədi rayonunda bir-birinə bitişik tikilən ümumi sahəsi 72 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları və içərisindəki ev əşyaları 36 m² sahədə yanıb. Həmçinin, ümumi sahəsi 92 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları və içərisindəki ev əşyaları 50 m² sahədə, ümumi sahəsi 83 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları və içərisindəki ev əşyaları 60 m² sahədə, ümumi sahəsi 100 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evlərin qalan hissəsi və bitişik digər evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Sizə yeni x var
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?