Modern.az

Ermənistan rəhbərliyi maska taxmaya bilər

Ermənistan rəhbərliyi maska taxmaya bilər

Aktual

28 Avqust 2020, 22:43

Ermənistanda prezident, baş nazir və digər yüksək rütbəli rəhbər şəxslər üçün rəsmi tədbirlər zamanı qoruyucu tibbi maska taxmaq məcburiyyəti aradan qaldırılıb.

Modern.az xəbər verir ki, bu barədə müvafiq qərar ölkənin baş nazirinin müavini Tiqran Avinyan tərəfindən imzalanıb.

Həmin qərar habelə bütün ermənilərin katolikosuna, parlament spikerinə, Konstitusiya Məhkəməsi sədrinə, Ali Məhkəmə Şurasının sədrinə şamil olunur.

Twitter
Sizə yeni tvit var
Keçid et