Modern.az

Qanunsuz ağac kəsən Qəbələ sakini cərimələndi – 1971 manat

Qanunsuz ağac kəsən Qəbələ sakini cərimələndi – 1971 manat

Aktual

29 Avqust 2020, 10:49

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Ağdaş rayonu ərazisində keçirilən nəzarət tədbirləri zamanı "HOVA" markalı 04-BO-804 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində yeşik düzəltmək üçün doğranmış 35000 ədəd taxta aşkar olunub.

 

Xidmətin rəis müavini Bəhruz Məhəmmədov Modern.az-a bildirib ki, araşdırma zamanı qanunsuz yolla əldə edilmiş meşə materialından hazırlanmış yeşik taxtalarının Qəbələ rayonu Mıxlıqovaq kənd sakini Aqil Bəşirova məxsus olduğu və meşə fonduna 1971 manat məbləğində ziyan dəydiyi müəyyən olunub:

 

"Faktla bağlı akt tərtib edilib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi, ağacların hansı meşə ərazisindən kəsilib emal edildiyinin müəyyənləşdirilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə toplanmış materiallar Ağdaş rayon Prokurorluğuna göndərilib".

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et