Ermənistanda koronavirusa yoluxanların sayı 43 626 nəfərə çatıb.
Modern.az-ın Ermənistan KİV-nə istinadən məlumatına görə, son sutka ərzində 175 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, daha 3 nəfərin ölümü qeydə alınıb.
Bugünədək Ermənistanda 872 nəfər koronavirusdan ölüb, 4 925 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, Ermənistanda pandemiya ilə əlaqədar fövqəladə vəziyyət sentyabrın 11-dək uzadılıb.