Modern.az

“Daxili hava reyslərinin bərpası ilə bağlı hələki qərar yoxdur”

“Daxili hava reyslərinin bərpası ilə bağlı hələki qərar yoxdur”

Aktual

29 Avqust 2020, 12:37

Azərbaycanda daxili hava reyslərinin bərpası ilə bağlı hələki qərar yoxdur.

 

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərərgahın brifinqində deyib.

 

 

H.Hacıyev bildirib ki, hazırda Bakı-Naxçıvan arasında hava reysləri həyata keçirilir: “Ermənistanın işğalçı siyasəti səbəbindən Bakı ilə Naxçıvan arasında yalnız hava yolu ilə əlaqə mövcuddur. Bu səbəbdən Bakı-Naxçıvan avia reysləri həyata keçirilir. Ancaq rayonlara gediş-gəliş bağlı olduğu üçün Bakı-Gəncə hava reylərinin də bərpa edilməsinə qərar verilməyib”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et