Modern.az

Bu ərəb ölkəsi İsrailə qarşı boykotu dayandırdı  

Bu ərəb ölkəsi İsrailə qarşı boykotu dayandırdı  

Aktual

29 Avqust 2020, 15:09

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Xəlifə bin Zayid əl-Nahayan İsrailə qarşı iqtisadi boykotun dayandırılması barədə fərman imzalayıb.

 

Modern.az-ın məlumatına görə, boykotun ləğv olunması BƏƏ şirkətlərinə İsrail biznesi ilə ticarət və maliyyə əməliyyatları keçirməyə imkan verəcək.

Bundan başqa, İsraildən BƏƏ-yə məhsulların gətirilməsi, satışı və mübadiləsinə olan qadağa da ləğv edilir.

 

Qeyd edək ki, avqustun 13-də iki ölkə arasında münasibətlərin normallaşması barədə razılaşmanın əldə olunması barədə bəyanat verilmişdi.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et