Modern.az

Rusiyada daha 111 nəfər koronavirusun qurbanı olub

Rusiyada daha 111 nəfər koronavirusun qurbanı olub

Aktual

29 Avqust 2020, 16:08

Rusiyada koronavirusa yoluxanların sayı 985 min nəfəri keçib.

Modern.az-ın məlumatına görə, ölkədə son sutka ərzində 4 941 nəfər virusa yoluxub, 111 nəfər isə həyatını itirib.

 

Bu günə qədər Rusiyada 985 346 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 17 025 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 804 383 nəfər virusdan sağalıb, 163 938 nəfərin müalicəsi isə davam edir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et