Modern.az

Xəzərdə dalğaların hündürlüyü 2,5 metrə çatır – Faktiki hava

Xəzərdə dalğaların hündürlüyü 2,5 metrə çatır – Faktiki hava

Aktual

29 Avqust 2020, 18:31

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti ölkə ərazisindəki faktiki hava şəraitini açıqlayıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən xəbərə görə, avqustun 29-u saat 18:00-a olan məlumata əsasən Sumqayıt, Bakı, Oğuz, Xaçmaz, Qusar, Yevlax, Zərdab, Kişçay (Şəki), Sarıbaş (Qax), Şahdağda arabir yağış yağıb.

Şimal-qərb küləyi arabir  Neftçalada 20 m/s, Biləsuvarda 19 m/s, Salyanda 18 m/s, Bakı, Qum adasında 23 m/s, Ələtdə 20 m/s, Binədə 19 m/s, Neft Daşlarında 16 m/s, Çilov adasında 15 m/s-dək güclənib. Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,5 metrə çatıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et