Modern.az

Nazirlər Kabinetinin qalmaqallı qərarı QÜVVƏYƏ MİNİR

Nazirlər Kabinetinin qalmaqallı qərarı QÜVVƏYƏ MİNİR

20 Sentyabr 2020, 10:15

Nazirlər Kabinetinin "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"na dəyişikliklərlə bağlı 305 saylı qərarı qüvvəyə minir.

Modern.az-ın məlumatına görə, bu dəyişikliyə əsasən, vətəndaşın şəxsi məqsədlər üçün bir ay ərzində xaricdən poçt vasitəsilə sifariş etdiyi bağlamanın dəyəri 300 dollarlıq limiti keçməməlidir.

Bağlamanın dəyəri 300 dollardan artıq olanda isə gömrük rüsumları tətbiq olunacaq.

İndiyə kimi isə bu limit 1000 dollar idi.

Qeyd edək ki, Nazirlkər Kabinetinin bu qəraraı ölkədə ciddi narazılıqla qarşılanıb. Qərar bu gündən qüvvəyə minir...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok